azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib

23-05-2026

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzeylər dünənimiz və sabahımızdır” adlı tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər muzeylərin nəsillər arasında körpü və ən yaxşı bələdçi olduğunu, milli yaddaşımızın, qəhrəmanlıqla dolu keçmişimizin, hərb tariximizə dair qiymətli eksponatların mühafizəsində və nümayişində mühüm rol oynadığını bildiriblər.

Sonra tədbir iştirakçılarına Beynəlxalq Muzeylər Gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Sonda vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031