azturkxeber.az
http://azturkxeber.az

Tacikistanın Ticarət və Sənaye Palatasının sədri ilə görüş keçirilib

22-05-2026

AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət və investisiya sahələrində potensial birgə təşəbbüslər müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan–Tacikistan biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda ilə görüşüb.

Görüşdə iki ölkənin biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması, eləcə də yaradılması planlaşdırılan Azərbaycan–Tacikistan İşgüzar Şurasına dair müzakirə aparılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir və bu göstərici iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Bu müstəvidə Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və Tacikistan vasitəsilə üçüncü ölkə bazarlarına ixrac potensialı yüksək qiymətləndirilib.

Görüşdə həmçinin növbəti dövrdə sərgilərin təşkili və tədbirlərdə birgə iştirak barədə fikir mübadiləsi aparılıb. Tərəflər Tacikistanda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində ortaq sərginin təşkili imkanını nəzərdən keçiriblər. Bundan başqa, Azərbaycan tərəfi cari ilin iyun və avqust aylarında Tacikistanda keçiriləcək beynəlxalq ticarət və qida sənayesi sərgilərində iştiraka dəvət olunub.

Qeyd edək ki, 21 may tarixində Bakıda keçirilən Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Şuranın yaradılmasında məqsəd Azərbaycan və Tacikistanın sahibkarlıq subyektləri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığının, investisiyaların, ixracın və elektron ticarətin inkişaf etdirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031