Bakı–Tbilisi–Bakı qatarında sərnişinlər üçün 23 kq pulsuz baqaj imkanı

Bakı–Tbilisi–Bakı qatarı ilə səfərdə baqaj rahatlığı!
Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz apara bilərsiniz. Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.
Azturkxeber.az xəbər verir ki, bu barədə ADY-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.
Hər birinizə rahat səyahət, xoş anlar və yaddaqalan xatirələr arzulayırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: