Mərkəzi Bankın sədri Taleh Kazımov ekspertlərlə növbəti dəfə görüş keçirilib





Mərkəzi Bankın sədri Taleh Kazımov may ayının 6-da ekspertlərlə növbəti dəfə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşdə makroiqtisadi və monetar şərait, maliyyə sabitliyi, inflyasiya prosesləri, eləcə də mərkəzi bankçılıq gündəmində yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür görüşlər qarşılıqlı dialoqun və etimadın daha da güclənməsinə xidmət etməklə yanaşı, həmçinin iqtisadi proseslərlə bağlı geniş çərçivədə məlumatlılığın artırılmasına mühüm töhfə verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: