DİN: Bir gündə 57 cinayət açılıb, 125 axtarışda olan şəxs saxlanılıb

Azturkxeber.az xəbər verir ki,.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 6-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: