Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
İyulun 26-da və 27-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 5 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.