azturkxeber.az
http://azturkxeber.az

Bir qrup ukraynalı tələbə ölkəmizdə reabilitasiya xidmətləri ilə əhatə olunur

07-05-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 33 nəfər ukraynalı tələbə ölkəmizə gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Azturkxeber.az xəbər verir ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub.

Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılır.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031