azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın turizm imkanları Baltik regionu ölkələrində nümayiş olunub

07-05-2026

Azərbaycan Turizm Bürosu (ATB) 5-7 may tarixlərində Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində təşkil olunan “TTR Baltic 2026” silsilə tədbirlərində ölkəmizin turizm potensialını tanıdıb.

Azturkxeber.az xəbər verir ki, 200-ə yaxın turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara Bakı və Şəki şəhərlərinin turizm imkanları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları, qış turizmi və "Sea Breeze Resort"un yay turizmi imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlər çərçivəsində B2B formatlı görüşlər keçirilib.

Silsilə tədbirlər Baltik regionu turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın regiondakı turizm mövqeyinin gücləndirilməsi baxımından əlverişli əməkdaşlıq platforması rolunu oynayıb.

Qeyd edək ki, Litva, Latviya və Estoniya vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031