Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev “Caspian Agro Week” çərçivəsində keçirilən 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxış edib.
Azturkxeber.az xəbər verir ki, Sədr müavini çıxışında Mərkəzi Bank və kredit təşkilatları tərəfindən aqrar sektorun maliyyələşdirilməsinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Toğrul Əliyev həmçinin dayanıqlı inkişaf və yaşıl maliyyəyə dair fikirlərini bölüşərək Milli Yaşıl Taksonomiyanın təsdiqini, bank sektorunda ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin idarə edilməsinə dair yeni tələbləri, habelə bu istiqamətdə Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələri diqqətə çatdırıb.
Sədr müavini çıxışının yekununda Mərkəzi Bank tərəfindən kənd təsərrüfatının dəstəklənməsi və dayanıqlı inkişaf üzrə təşəbbüslərin davam etdiriləcəyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.