azturkxeber.az
http://azturkxeber.az

Türkiyə, Özbəkistan və Gürcüstanın kənd təsərrüfatı nazirləri “Caspian Agro 2026” sərgisini ziyarət ediblər

06-05-2026

Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi davam edir.

Azturkxeber.az xəbər verir ki, mayın 6-da Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qonaqlara məlumat verib ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə iştirak edir.

Nümayəndə heyətinə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, aqrar sahəyə dövlət dəstəyi ilə bağlı ətraflı məlumat verilib. Sərgi ziyarətçiləri aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlərin nümayiş olunduğu Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonu, müxtəlif ölkələrin milli stendlərini ziyarət edib, yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031