azturkxeber.az
http://azturkxeber.az

Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06-05-2026

Paytaxt Bakıda keçirilən “Türk Dünyasında Transformasiya və İnteqrasiya: İqtisadiyyat, Siyasət və Texnologiya” mövzusundakı beynəlxalq konqresin açılış mərasimində çıxış edən Türkiyə Respublikasının Səfirliyinin nümayəndəsi, Türk dünyasının 21-ci əsrdə strateji bir güc mərkəzi kimi yenidən yüksəlişini və bu prosesdə Azərbaycan-Türkiyə qardaşlığının həlledici rolunu vurğulayan tarixi mesajlar vermişdir.

Ankara Hacı Bayram Veli Universiteti, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti və digər nüfuzlu təhsil ocaqlarının əməkdaşlığı ilə təşkil edilən tədbirdə çıxış edən natiq, Türk dünyasının artıq yalnız ortaq bir keçmişin deyil, həm də ortaq gələcəyin adı olduğunu bildirmişdir. İsmail Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarının bu gün Türk Dövlətləri Təşkilatı vasitəsilə təsisatlaşdığını, Orta Koridor və enerji layihələri ilə strateji bir vizyona çevrildiyini qeyd edən Səfir, bu böyük inteqrasiya memarlığının təməl daşının Türkiyə və Azərbaycan arasındakı sarsılmaz münasibətlər olduğunu diqqətə çatdırmışdır.

Çıxışda xüsusilə vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi bu gün hər iki ölkənin dövlət başçıları cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin vizyoner liderliyi sayəsində ən yüksək zirvəsinə çatmışdır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlər; TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yaxın gələcəkdə Türk dünyasının fiziki inteqrasiyasının açarı olacaq Zəngəzur Koridoru kimi layihələrlə bölgənin geosiyasi taleyini dəyişməkdədir.

Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı rifahın bərqərar olması üçün Türkiyənin regional sahiblənmə yanaşmasını müdafiə etdiyini bildirən Səfir, Türk dünyasının yeni bir intibah dövrünə qədəm qoyduğunu qeyd etmişdir. 21-ci əsrdə gücün artıq yalnız təbii sərvətlərdə deyil, süni intellekt, məlumat, çip texnologiyası və proqram təminatında olduğunu xatırladaraq, Türk dövlətlərinin bu rəqəmsal transformasiyada aktiv qurucu rol oynamalı olduğunu bildirmişdir.

Nitqin sonunda, Türk Dövlətləri Təşkilatının 2040 Vizyonu çərçivəsində ortaq iqtisadi mexanizmlərin yaradılması, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi və akademik hərəkətliliyin artırılmasının strateji əhəmiyyəti vurğulanmışdır. Bəxtiyar Vahabzadənin “Bir ananın iki oğlu, bir ağacın iki qolu” misraları ilə Türkiyə və Azərbaycan qardaşlığının bütün Türk dünyasının gövdəsini möhkəmləndirdiyini ifadə edən natiq, konqresin ortaq gələcəyin qurulmasına mühüm töhfələr verəcəyinə inandığını bildirərək çıxışını yekunlaşdırmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031