Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İRS 103 - Nə? Harada? Nə zaman?” intellektual oyunu Qəbələdə reallaşıb.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən verilən məlumata əsasən, 11 komandanın mübarizə apardığı oyunlar başlamazdan əvvəl iştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini yad ediblər.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunlarda Qəbələdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin 55 nəfər gənc əməkdaşları mübarizə aparıblar.
Yarışın nəticələrinə görə I yerin qalibi “Nic intellektual” komandası olub. II yeri “Efra” komandası, III yeri isə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tutub.
Təşkilatçılar qalib komandalara kubok, diplom və müxtəlif xatirə hədiyyələri təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









