azturkxeber.az
http://azturkxeber.az

Dünya şöhrətli Katy Perry 2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisində səhnə alacaq

06-05-2026

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir.

Azturkxeber.az xəbər verir ki, yubiley proqramının əsas hadisələrindən biri isə dünya şöhrətli ifaçı Katy Perry-nin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək.

Katy Perry beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. “Firework”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri ilə yeddi “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Calvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri — Katy Perry qoşulur. Beləliklə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Katy Perry-nin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.

Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksək sürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaq.

Biletlərinizi rəsmi www.bakucitycircuit.com veb səhifəsindən və ya Baku City Circuit mobil tətbiqindən əldə edə bilərsiniz.

Ən son xəbərlərdən məlumatlı olmaq üçün @BCC -ni Instagram, Facebook və X hesablarında izləyin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031