azturkxeber.az
http://azturkxeber.az

Daha 3 itkin şəhidin qalıqları tapıldı - 33 il sonra

06-05-2026


Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.

Azturkxeber.az "Teleqraf"a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib.

Məlumata görə, Zaur İmamqulu oğlu Sadıqov 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü.

Digər itkin şəxs, Ələddin Həzi oğlu Həziyev də 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir.

Rafiq Şakir oğlu Cəfərov isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü.

Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları 15 may tarixində dəfn olunacaq.

Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031