azturkxeber.az
http://azturkxeber.az

Fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən mütəxəssislər Bakıda toplaşıblar

05-05-2026

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.

Yeni Klinikadan verilən məlumata görə, iki gün davam edən tədbir elmi yeniliklərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Fizioterapiya və reabilitasiyanın həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bu sahədə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Yeni Klinikanın direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Qalib İmanov reabilitasiya xidmətlərinin müasir səhiyyədə prioritet olması və konqresin beynəlxalq əməkdaşlıq üçün önəmindən danışıb.

Professor Nailə Məmmədova tibbi turizmdə reabilitasiyanın roluna diqqət çəkib və Azərbaycanın bu istiqamətdə potensialını qeyd edib.

Professor Muhammed Kılınç konqresin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin müasir standartlara uyğun fəaliyyət göstərdiyini bildirib.

Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov isə konqresin əsas məqsədinin innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası olduğunu qeyd edib. Konqres çərçivəsində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi və geyilə bilən texnologiyalar üzrə ən son elmi tədqiqatlar təqdim olunub.

Mütəxəssislər müasir fizioterapiya metodları və pasiyent mərkəzli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində müxtəlif panel müzakirələri təşkil olunub, robotik reabilitasiya, protez-ortez texnologiyaları və neyroreabilitasiya sahəsində innovativ yanaşmalar müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031