"EFES - 2026” təliminə hazırlıq prosesi davam edir

Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bikdirilib ki, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: