azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hökuməti ilə “Growth Lab” arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları nəzərdən keçirilib

05-05-2026

Azərbaycan Hökuməti ilə “Growth Lab” arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları nəzərdən keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinn “Growth Lab” mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüş zamanı ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, qeyri-neft-qaz sektorunun inkişafı və davamlı iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər barədə məlumat verilib. “Growth Lab” ilə əməkdaşlığın genişləndirilməsinin iqtisadi islahatların elmi əsaslarla dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Müzakirələr çərçivəsində Azərbaycan Hökuməti ilə “Growth Lab” tədqiqat mərkəzi arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları, bu müddətdə görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib.

Eyni zamanda, “Growth Lab” tərəfindən təqdim olunmuş tövsiyələrin icrası və potensial tərəfdaşlıq imkanları üzrə növbəti addımlar müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031