Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizə səfərə gəlib



Mayın 3-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizə səfərə gəlib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və protokol əməkdaşları qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: