azturkxeber.az
http://azturkxeber.az

Parlamentlərarası İttifaqın Baş katibi Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

04-05-2026


Ölkəmizdə səfərdə olan Parlamentlərarası İtiffaqın Baş katibi Martin Çunqonq mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində qonaq Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri qoyub, ona Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev və digər rəsmi şəxslər müşayiət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031