azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib

04-05-2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.
Azturkxeber.az-ın məlumatına görə, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031