azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan, Türkiyə və Gürcüstandan olan din xadimləri Naxçıvana səfər edib

04-05-2026

Mayın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə və Gürcüstandan gələn, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Azturkxeber.az-ın məlumatına görə, sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətini, eləcə də onun dövlət-din siyasətindəki misilsiz xidmətlərini əks etdirən fotoşəkillər və eksponatlarla tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031