azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Prezidenti Ərdoğan ilə İraqın Baş naziri vəzifəsinə namizəd Əli Zeydi arasında telefon danışığı olub

03-05-2026

Türkiyə Prezidenti Ərdoğan ilə İraqın Baş naziri vəzifəsinə namizəd Əli Zeydi arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri vəzifəsinə namizəd Məhəmməd Əli Zeydi arasında telefon danışığı olub.

Azturkxeber.az “TRT Haber”ə istinadlə xəbər verir ki, Prezident Ərdoğan Zeydini Baş nazirliyə namizədliyi münasibətilə təbrik edib və onun İraqda tezliklə hərtərəfli, balanslı və sabit bir hökumət quracağına inandığını bildirib.

Prezident Ərdoğan Türkiyənin İraqla strateji və institusional əsasda sıx əməkdaşlığa ciddi təkan verdiyini və yeni dövrdə bunu daha da inkişaf etdirməyi hədəflədiyini deyib.

Türkiyə Prezidenti, həmçinin İnkişaf Yolu Layihəsi, terrorizmlə mübarizə, müdafiə sənayesi, enerji və nəqliyyat da daxil olmaqla bir çox vacib sahələrdə münasibətləri inkişaf etdirməkdə qərarlı olduqlarını söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031