azturkxeber.az
http://azturkxeber.az

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilmişdir

30-03-2026

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəffaflığın artırılması, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı” günü keçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, onlara sərhədçilərin xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı və gündəlik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sərhəd mühafizəsi sistemi daha da gücləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yüksək səviyyədə təmin olunmuşdur. Bu diqqət və qayğı hərbi qulluqçuların peşəkarlığının artmasına və xidmətin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.

Daha sonra valideynlər əsgər yataqxanaları, yeməkxanalar, təlim meydançaları və digər inzibati binalarla tanış olmuş, xidmətin təşkili ilə bağlı görülən işləri yerində müşahidə etmişlər.

Tədbir zamanı şəxsi heyətin döyüş hazırlığını əks etdirən nümunəvi çıxışlar nümayiş etdirilmiş, sərhəd mühafizəsinin təşkili, müasir texnologiyaların tətbiqi ilə dövlət sərhədlərinin etibarlı mühafizəsi və bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə valideynlərə ətraflı məlumat verilmişdir.

Valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə etmiş, yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, Novruz bayramı ərəfəsində təşkil edilən bu kimi tədbirlər ailə ilə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və vətənə xidmətin əhəmiyyətinin daha geniş şəkildə təbliğinə xidmət edir.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031