azturkxeber.az
http://azturkxeber.az

Media: Yaxın Şərqdəki ABŞ bazaları İranın potensial cavabından zəif qorunur

19-02-2026

Media: Yaxın Şərqdəki ABŞ bazaları İranın potensial cavabından zəif qorunur

Birləşmiş Ştatlar Yaxın Şərqdəki hərbi bazalarını ABŞ-nin mümkün hərbi əməliyyatına İranın cavab hücumundan etibarlı müdafiə edə bilməyəcək.

“The New York Times” qəzeti bu barədə Pentaqondakı mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, Yaxın Şərqdə yerləşən 30-40 minlik amerikalı hərbçi, həmçinin səkkiz hərbi baza, İranın cavab zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə imkanlarına malik deyil.

Nəşr qeyd edib ki, Ağ Ev Pentaqonun müharibəyə hazır olmaması barədə xəbərdarlığından sonra ötən ay İrana qarşı planlaşdırılan hərbi əməliyyatları təxirə salmaq qərarına gəlib və bu, Tehrana mümkün hücumlara daha yaxşı hazırlaşmaq imkanı verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728