Gürcüstanın sabiq baş naziri Qaribaşvili xüsusilə iri məbləğdə qanunsuz gəlirlərin leqallaşdırılması işi üzrə təqsirini etiraf etməklə bağlı istintaqla razılaşma imzalayıb.
Ölkənin Baş Prokurorluğunun məlumatına görə, o, 5 il müddətinə həbs ediləcək, 1 milyon lari (370 min dollar) məbləğində cərimə ödəyəcək, cinayət fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlərdən məhrum ediləcək və yaşayış yerində aparılan axtarış zamanı götürülmüş vəsait (təxminən 6,5 milyon dollar) dövlətin xeyrinə müsadirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.