azturkxeber.az
http://azturkxeber.az

“Qələbə” dairəsində nəqliyyat sıxlığı svetoforların quraşdırılması ilə aradan qaldırılıb

18-11-2026

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı necə aradan qaldırıldı?

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

Məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.

Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd “L” və “A” tipli olmaqla piyada və nəqliyyat bölməli svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30