Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti Mərkəzi Bankda işgüzar səfərdə olub



Özbəkistan Mərkəzi Bankının (ÖMB) sədr müavini Abrorkhuja Turdalievin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Mərkəzi Bankda işgüzar səfərdə olub.
Azturkxeber.az xəbər verir ki, Səfər çərçivəsində Mərkəzi Bankın müxtəlif struktur bölmələrinin iştirakı ilə təqdimatlar və görüşlər keçirilib, bank fəaliyyəti üzrə müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi aparılıb.
Həmçinin nümayəndə heyəti Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva və baş direktor Rəşad Məmmədovla görüşüb. Görüşlər zamanı iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: