TİHEK sədri Vasip Şahin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb





Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Vasip Şahin Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) tədbir məkanını ziyarət edib.
Azturkxeber.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşən Vasip Şahin iqlim dəyişmələrinin insan hüquqlarına təsiri və bu sahədə beynəlxalq əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıb.
Görüşdən sonra Vasip Şahin və Səbinə Əliyeva Türkiyə və Azərbaycan pavilyonlarını ziyarət ediblər. Onlara pavilyonlarda nümayiş olunan, hər iki ölkənin zəngin mədəni və tarixi irsini əks etdirən sərgilər barədə məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: