azturkxeber.az
http://azturkxeber.az

Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır

18-11-2026

Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Azturkxeber.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə icmalar və ağsaqqallarla mütəmadi görüşlər keçirilir.

2026-cı ilin oktyabr ayında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən sıx məskunlaşma obyektlərində keçirilən 13 görüşdə, ümumilikdə 455 nəfər iştirak edib.

Görüşlərdə Dövlət Komitəsinin əməkdaşları vahid aylıq müavinətin qanunvericiliklə müəyyən edilmiş müddətləri və tətbiqi qaydaları, sosial müdafiə tədbirləri, eləcə də Böyük Qayıdış prosesi barədə məlumat veriblər. Məcburi köçkünlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Görüşlərdə məqsəd keçmiş məcburi köçkünlərin sosial müdafiə tədbirləri barədə məlumatlılığının artırılmasına və Böyük Qayıdış prosesinin izahına xidmət etməkdən ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30