Dövlət Sərhəd Xidmətinin aparatında Baş Prokurorluqla birgə maarifləndirici tədbir keçirilmişdir (VİDEO)-(FOTO)




Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə maarifləndirici tədbir keçirilmişdir.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 17 noyabr 2026-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun nümayəndələri iştirak etmiş, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparmışlar.
Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri, şəffaflığın və hesabatlılığın təmin edilməsi, antikorrupsiya davranış prinsiplərinin formalaşdırılması, eləcə də hərbi sahədə korrupsiya hüquqpozmalarının qarşısının alınması məsələlərinə diqqət yetirilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Antikorrupsiya davranış modeli” və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumlar. Hərbi sahəyə xarakterik korrupsiya hüquqpozmalarının xüsusiyyətləri” mövzularında təqdimatlar edilmişdir.
Çıxışlar zamanı korrupsiya risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması, xidməti fəaliyyətdə dürüstlük və etik davranış qaydalarına riayət edilməsi, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların səlahiyyətləri və bu sahədə mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilmişdir.
Tədbirin əsas məqsədi şəxsi heyətin korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi biliklərinin artırılması, antikorrupsiya davranış prinsiplərinin təşviqi, xidməti fəaliyyətdə qanunçuluğun, şəffaflığın və məsuliyyətin daha da möhkəmləndirilməsindən ibarət olmuşdur.
https://youtu.be/O3gpdAwBwCE?si=RVWyIyn9cUlVUcgf
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: