Paşinyan Bayramovun TRIPP layihəsi ilə bağlı bəyanatını dəstəkləyib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyi barədə bəyanatı ilə razılaşdığını bildirib.
Azturkxeber.az xəbər verir ki, Paşinyan bu barədə bu gün Ermənistan parlamentində – Milli Assambleyada çıxışı zamanı danışıb.
Baş nazirin sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu xətti Azərbaycanın dəmir yolu şəbəkəsi ilə birləşdirilməlidir. Bu baxımdan, layihənin texniki xüsusiyyətlərinin Azərbaycanla mütləq şəkildə uzlaşdırılması vacibdir deyə o vurğulayıb.
Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: