Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib




Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: