azturkxeber.az
http://azturkxeber.az

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsində saxta sənədlər aşkarlanıb

17-11-2026

Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin gücləndirilməsi, qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən “Mercedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilmişdir.

Baxış zamanı “Mercedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissələri aşkar edilmişdir.

Təqdim olunan yük sənədlərinin yoxlanılması zamanı malların təyinat ölkəsi dəyişdirilməklə müşayiətedici sənədlərin saxtalaşdırıldığı müəyyən edilmişdir. Faktla əlaqədar hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılmışdır.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30