Noyabrın 16-da polis tərəfindən 52 cinayətin açılması təmin edilib
Noyabrın 16-da polis əməkdaşları tərəfindən ölkə ərazisində həyata keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində bir sıra cinayətlər açılıb, hüquqpozmalara yol verən şəxslər saxlanılıb.
Azturkxeber.az xəbər verir ki, gün ərzində 52 cinayətin açılması təmin edilib. Onlardan 48-i cari, 4-ü isə əvvəlki dövrlərdə törədilmiş cinayətlərin payına düşür.
Bundan başqa, axtarışda olan 122 nəfər saxlanılıb. Onlardan 90-ı borclu şəxs olub. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər tutulub, itkin düşmüş şəxs qismində axtarılan 7 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Görülən tədbirlər nəticəsində 12 narkotik vasitə və 4 qanunsuz silah-sursat faktı aşkarlanıb. Dələduzluq cinayətinə görə axtarışda olan 6 nəfər də saxlanılıb.
Əməliyyat tədbirləri zamanı ümumilikdə 11,9 kiloqram narkotik vasitə və 631 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 17 tüfəng və müxtəlif çaplı 205 ədəd patron aşkar edilərək götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: