azturkxeber.az
http://azturkxeber.az

“Uşaq Hüquqları Aylığı” çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilib

17-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbirləri Bakı şəhəri 133 və 183 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.

Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin və pedaqoji heyətin iştirakı ilə keçirilən tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları çıxış edərək uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquq müdafiə mexanizmləri haqqında ətraflı məlumat verib. Eyni zamanda, uşaqlara qarşı ayrı-seçkilik və onunla mübarizə üsulları, onların zorakılıqdan müdafiəsi, erkən evlilik, uşaq əməyi, zərərli təsirlərdən mühafizəsi, habelə sağlam həyat tərzi məsələlərinə toxunulub və Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti diqqətə çatdırılıb.

Tədbirlərdə Ombudsman Aparatı tərəfindən hazırlanmış uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici sosial videoçarx nümayiş etdirilib.

Tədbirlər uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30