azturkxeber.az
http://azturkxeber.az

Neftçalada quldurluq edən iki nəfər saxlanılıb

17-11-2026

Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub.

Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30