azturkxeber.az
http://azturkxeber.az

Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop həblərin keçirilməsinin qarşısı alınıb

17-11-2026

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

 Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazilərində İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə ümumilikdə 49 kiloqram 950 qram narkotik vasitənin və 3 min ədəd psixotrop tərkibli həbin keçirilməsinin qarşısı alınıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki halda 39 kiloqram 700 qram narkotik vasitə və 3 min ədəd “Metadon M-40” həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30