azturkxeber.az
http://azturkxeber.az

Almaniya Bundestaqının deputatları Milli Məclisdə olublar

18-11-2026

Milli Məclisin deputatları - Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və qrupun üzvü Kamal Cəfərov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü olan Almaniya Bundestaqının deputatları Daniel Kölbi və Lamya Kaddor ilə görüşüblər.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

Almaniya Bundestaqının deputatları Milli Məclisin inzibati binası və burada yaradılmış iş şəraiti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30