Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ
Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra rayonlarında güclü külək əsəcəyi gözlənilir.
Azturkxeber.az-ın məlumatına görə, bununla əlaqədar sarı xəbərdarlıq elan olunub.
Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarında cənub-şərq küləyi əsəcək.
Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
