azturkxeber.az
http://azturkxeber.az

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

18-11-2026

Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması və qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində ittiham edilərək beynəlxalq axtarışa verilmiş M.M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30