Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə regional məsələləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın əsas istiqamətlərini, eləcə də konkret layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Müzakirələr zamanı regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələlərinə də toxunulub.
Həmçinin TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsinə, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasına verə biləcəyi töhfə vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
