azturkxeber.az
http://azturkxeber.az

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib

19-11-2026

Noyabrın 18-də Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

Bağlanış mərasimi müddətində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendi ilə təmsil olunaraq turizm potensialını, mədəni irsini və turizm imkanlarını təqdim edib.

Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş etdirilib.

Bağlanış mərasimində Şuşanın 2026-cı il üzrə “İƏT-in turizm paytaxtı” statusunun başa çatması ilə əlaqədar 2027-ci il üçün müəyyən edilmiş titul Pakistan İslam Respublikasının Lahor şəhərinə təhvil verilib.

Mərasim mədəniyyət və konsert proqramı ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30