COP31 çərçivəsində iqlim dəyişikliyi və insan hüquqlarına həsr olunmuş beynəlxalq panel keçirilib





COP31 çərçivəsində Türkiyə Pavilyonunda Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları: Milli insan hüquqları təsisatlarının iqlim fəaliyyətindəki rolu” mövzusunda beynəlxalq panel keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, panelin açılışında çıxış edən TİHEK-in sədri Vasip Şahin iqlim dəyişikliyinin insan həyatına təsirlərinin gündən-günə daha qabarıq şəkildə özünü göstərdiyini bildirib. O, bu prosesdə milli insan hüquqları təsisatlarının üzərinə düşən vəzifələrin və onların rolunun əhəmiyyətini vurğulayıb.
TİHEK-in İdarə Heyətinin üzvü Selma Öztürk Pınarın moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Asiya-Sakit Okean Milli İnsan Hüquqları Təsisatları Forumunun sədri və İordaniyanın Milli İnsan Hüquqları Təsisatının rəhbəri Samar Hac Həsən, BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A. Xan, eləcə də UNICEF-in inkişaf üzrə mütəxəssisi Çizuru İvata iştirak ediblər.
Paneldə iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri, bu sahədə mövcud çağırışlar və milli insan hüquqları təsisatlarının iqlim dəyişikliklərinə qarşı mübarizədə rolu ətrafında müzakirələr aparılıb, iştirakçılar mövzu ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: