azturkxeber.az
http://azturkxeber.az

Gürcüstanın keçmiş Baş naziri həbs edilib

12-01-2026

Gürcüstanın keçmiş Baş naziri həbs edilib

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili yanvarın 12-də həbs olunub.

İ.Qaribaşvili məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan Baş Prokurorluğundan bildirilib ki, təqsirləndirilən sabiq baş nazirlə prosessual razılaşma bağlanılıb. Razılaşmaya əsasən, ona Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Bundan başqa, sabiq baş nazirə əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İ.Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb.

Məhkəmə Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatətini təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031