azturkxeber.az
http://azturkxeber.az

FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib

09-12-2025

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti belə tədbir Nazirliyin Muğan Regional Mərkəzi ilə birgə təşkil olunub.

Regional Mərkəzin inzibati binasında “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda keçirilmiş tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Sonra tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tədbirin mövzusu barədə məlumat verib, sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranış qaydalarının mənimsənilməsinin vacibliyini bildirib.

Tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi və bu zaman qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, bu hallarda idarəetmə mexanizmi məsələləri müzakirə olunub.


Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031