Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Bu çərçivədə, Agentlik tərəfindən FHN-in Qarabağ Regional Mərkəzində mərkəzin əhatə etdiyi rayonların ərazisində yerləşən tibb müəssisələrində radioloji fəaliyyətlə məşğul olan şəxslər üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şərait, fəaliyyət istiqamətləri və görülən işlər barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı Agentliyin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin sənaye və elmi-tədqiqat müəssisələrinə nəzarət sektorunun müdiri Amil Həmidov, Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Elvin Muradov, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin baş məsləhətçisi Hacı Məmmədov aidiyyəti mövzular üzrə təqdimatla çıxış ediblər.
Ümumilikdə 40 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyət sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi üzrə mövcud qanunvericilik tələblərinin icmalı, tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, bu sahədə hüquq pozuntuları və hüquqi məsuliyyət məsələləri müzakirə olunub.
Təbdir zamanı Agentlik tərəfindən hazırlanmış müvafiq mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib