azturkxeber.az
http://azturkxeber.az

FHN radiasiya təhlükəsizliyi ilə əlaqədar tədbir keçirib

11-12-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Nazirliyin Cənub Regional Mərkəzi ilə birgə təşkil olunan “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusundakı tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, çıxış edən Cənub Regional Mərkəzinin rəis müavini Araz Hüseynov tədbirin əhəmiyyəti, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tədbirin sahibsiz radioaktiv mənbələrlə əlaqədar davranış qaydalarının mənimsənilməsinin vacibliyi barədə danışıb.

Tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi və bu zaman qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, həmin hallarda idarəetmə mexanizmi məsələləri müzakirə olunub.

Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031