azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır

14-10-2025

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyulun 13-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müsabiqə Komissiyası həmin şəxslərin sənədlərinin toplanılaraq yoxlanıldığını bildirib. Oktyabrın 17-dən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə həmin mərhələdə söhbət keçirilməsinə başlanılacaq.

Söhbət nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlər qulluğa qəbul olunacaqlar.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031