azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda səyyar aqronom xidmətinə start verilib

13-10-2025

Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkinləri ilə əlaqədar fermerlərə səyyar aqronom xidmətinin göstərilməsinə başlanılıb. Layihə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək. Səyyar xidmət çərçivəsində peşəkar aqronomlar bölgələrdə fermerlərlə görüşlər keçirir, torpaq hazırlığı, toxum səpini, gübrələmə və suvarma məsələləri üzrə yerində məsləhətlər verir, eyni zamanda, aqrotexniki qaydalara əməl olunmasına nəzarət edirlər.

Bu sözləri açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Bəybala Rüstəmov deyib.

O qeyd edib ki, layihənin əsas məqsədi təsərrüfat risklərini minimuma endirmək, məhsuldarlığı artırmaq və fermerləri müasir aqrotexniki yanaşmalar barədə məlumatlandırmaqdır.

“Səyyar aqronomluq xidməti fermerlərin qapısına qədər gələn dəstək mexanizmidir. Bu təşəbbüs onların daha uğurlu nəticələr əldə etməsinə şərait yaradacaq. Fermerlər xidmətdən yararlanmaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlaya bilərlər”, - deyə nazirliyin rəsmisi əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031