azturkxeber.az
http://azturkxeber.az

BDU-nun şəhid məzununun xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası keçirilib

14-10-2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Mexanika-riyaziyyat fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə I kurs tələbələri arasında fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası keçirilib.

Bu barədə BDU-dan məlumat verilib. Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev, Riyazi analiz kafedrasının müdiri Rəşid Əliyev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunan olimpiadanın rəmzi məna daşıdığını, onun xatirəsinin unudulmadığını, xalqımıza tarixi qələbəni yaşadan hər bir qəhrəmanın daim yad edildiyini diqqətə çatdırıblar.

“BDU könüllüləri” təşkilatının fakültə sədri Nuray Cəfərova olimpiadanın şərtləri və mərhələləri ilə bağlı tələbələri məlumatlandırıb. Olimpiadanın rəqabətliliklə yanaşı, həm də dostluq yarışı olduğunu qeyd edib.

Olimpiadanın nəticələrinə görə fakültə tələbələrdən İlkin Alıyev I, Ayxan Bayramalıyev II, Kənan Aydayev və Nərgiz İsmayıl III, Zeynəb Məlikhəsənova, Mehriban Məmmədova və Ayan Allahverdiyeva isə həvəsləndirici yerlərə layiq görülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031